• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 21.05.2020 20:36

"Mərakeş çəyirtkələri"nə qarşı dərmanlama aparılır

KepezTV Player

Mayın əvvəlindən Samux rayonun Gürcüstanla sərhədə yaxın olan  ərazilərinə Mərakeş çəyirtkələrinin hücumu müşahidə olunur. Ötən illərlə müqayisədə da çox olan ziyanvericilər kimyəvi dərmanlama tədbirlərinə başlanılmasını qaçılmaz edib. Artıq 1000 ha-dan artıq ərazidə fitosanitar tədbilər yekunlaşıb.

Gördüyünüz bu çəyirtkələr Mərakeş çəyirtkələri adlanır. Bunlar sürü halında yaşıyırlar və ümumiyyətcə yaşıl kütlə ilə qidalanırlar. Kənt təsərrüfatı əkinlərinə eləcədə bitkilərə ciddi ziyan vurmaq qabiliyyətinə malikdirlər.

Bura Samux rayonun Qaraağaclı qəsəbəsinin Palantökən ərazisidir. Bu ərazi rayon mərkəzindən təxminən 80 km aralıda yerləşir. Aparılan müşahidələr zamanı bu ərazidə mərakeş çəyirtkələri daha çoxdu. Məhz elə buna görədə bu gün ərazidə mərakeş çəyirtkələrinə qarşı kimyəvi mübarizə aparılır.

Bütün yaşıl kütləni yemək və istənilən bitki ilə qidalanmaq qabiliyyətinə malik həşaratlar əkin və biçənək sahələrinə ziyan vurur. Məhz elə buna görə də mərakeş çəyirtkələri kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılır. Bu zərərvericilər həmçinin 250 kilometr məsafəni qət etməklə təsərrüfatlar üçün təhlükə yaratdığından mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək vacibdir.

Samux rayon Bitki Mühafizə Mərkəzinin xüsusi təyinatlı avtomobilləri hazır vəziyyətdədir. Təyin olunmuş ərazilərdə mərakeş çəyiritkələrinə kimyəvi mübarizəyə başlanılacaq.

Mübarizə tədbirlərində avtomobillərə quraşdırılan  ultra kiçik həcmli aftonom  çiləyici aqreqatlar, həmçinin traktorlara qoşulan  2 tonluq qoşqulu çiləyicilərdən istifadə olunur.

Baloğlan İbayev mexanizator:Hər gün səhər-səhər müvafiq qaydada gəlirik. Müşahidələrimizi aparırıq, müşahidələr təyin olunduqdan sonra texnikalarımızla dərmanlama işlərimizi aparırıq. Bu işləri yerinə yetirmək üçün canl qüvvəmiz, texnikalarımız və dərmanlarımız var.

Mərakeş çəyirtkəsi əsasən Samux rayonun Eldar, Çeyrançöl ərazilərində, eləcə də Qarabağ kanalının ətraflarında ümumilikdə 3 min hk ərazidə müşahidə edilib.  Çəyirtkələrin sürfələri 1-ci və 2-ci yaş dövründədir və mübarizə tədbirləri müşahidələrin nəticələrinə əsaslanaraq lokal ərazilərdə aparılır.

Ceyhun İbrahimov Samux Bitki Mühafizə Mərkəzinin rəisi:Bunun mənbəyi gördüyünüz bu dağlardı. Bunlar ötən il payızda burada yumurta qoymuşlar. Yumurtadana formalaşan sürfələrin çıxışı həyata keçilir və bu ərazilərdə ocaqlar əmələ gəlir. Rastımıza çıxan ocaqlaq yerindəcə xüsusi təyinatlə texnikalarla dərmanlama işləri həyata keçilir. Gördüyümüz ocaqların hamısı məhv edilir. Müşahidə elədik ki, buradakı məarkeş çəyirtkələri iqtisadi ziyan həddini keçib və onlar 1-2 yaş həddindədir. Qoymarıq ki, qanadlanma mərhələsinə keçərək digər əkin sahələrinə də ziyan vursun.

Rayon ərazisində digər çəyirtkə növünə də rast gəlinib ki, yaxın günlərdə ona qarşı da kimyəvi dərmanlama işlərinə başlanılacaq.

Ceyhun İbrahimov Samux Bitki Mühafizə Mərkəzinin rəisi:Qaraağaclı, Qarasaqqal meşələrində İtaliya çəyirtkələri də mövcuddur. Onlara biz müşahidələr aparmışıq və hələ kütləvi çıxım mərhələsindədirlər. Ona gördə kimyəvi dərmanlamanı aparmaq məqsədə uyğun deyil. Biz 5-10 gündən sonra onlara qarşı mübarizəni aparmaq nəzərdə tuturuq. Həmin meşələrdə İtaliya çəyirtkələrinə qarşı mübarizələrimizi həyata keçirək.

Çilənən bu dərmanlar 30 dəqiqə ərzində təsir etmə gücünə malikdir.Bundan başqa ağır texnikaların çıxa bilmədiyi və mərakeş çəyirtkələrin daha çox müşahidə edildiyi dağlıq ərazilər isə canlı qüvvə ilə xüsusi avtomat çiləyici aparatla dərmanlanıb.