Ölkədə baramaçılığın inkişafı şəmkirli kümçülərin bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib. Onlar cari ildə 20 ton barama istehsal etməyi planlaşdırıblar.
Bu il Şəmkirin 36 kənd və qəsəbəsində ipəkqurdları bəslənilir. Bunun üçün yerli kümçlərə 450 qutu baramaqurdu paylanılıb. Rayon sakini, kümçü Həsən Şərifov də bu mövsüm üçün 3 qutu ipəkqurdu götürüb. Kümçü deyir ki, ötən illə müqayisədə cari ildə ipəkqurdalarının saxlanma şəraitinin yaxşılaşdırılması və yem bazasının güclədnirilməsi gələcəyə nikbin baxmağa əsas verir.
Həsən Şərifov kümçü: Yaxşı sahədir. Gəlirli sahədir. Ailəmizi bu barama ilə saxlayırıq. Ürəyiniz istəyən qədər yem bazamız var.
Rayonda ipəkqurdlarının yem bazasının təşkili üçün Çindən gətirilən 40 min ədəd tut ağacı əkilib. Hazırda illər əvvəl əkilən tut ağaclarından yemləmədə istifadə edilir.
Pərviz İbrahimov Şəmkir şəhər icra nümayəndəsi: Kümxanaların yerinin lazımı səviyyədə olması istiqamətində zəruri tədbirlər görülüb. Laızm olan yem bazası var. Ağacların əkilməsi eləcədə əvvəl əkilən ağaclara aqrotexniki qulluq davam edir.
Baramaçılıqda yüksək məhsuldarlıq əldə edilən yaşayış məntəqələrindən biri də Bayramlı kəndidir. Kümçü, Bədir Cəfərov da böyük həvəslə ipəkqurdlarına qulluq göstərir.
Bədir Cəfərov kümçü: Ötən il 41 qram ipəkqurdu götürmüşdük. 87 kiloqram barama verdik. Bu ildə ipəkqurudnun miqdarı eynidir. Görək 100 kiloqram verə biləcyikmi.
Kənddə ötən il 14 qutu ipəkqurdu götürüb, 562 kiloqram məhsul təhvil veriblər. Bu ildə eyni ilə yerli kümçülər 14 qutu ipəkqurdu bəsləyirlər.
Mustafakamal Məhərrəmov Bayramlı kənd icra nümayəndəsi: Kifayət qədər yem bazamız var. İşçi qüvvəmiz var. Yarpaqlar vaxtlı-vaxtında kümçülərə çatdırılır. Kümçülər heç bir çətinlik çəkmirlər. Biz planlaşdırmışıq 600 kiloqram baram istehsal edib dövlətə təhvil verək.
Ötən il Şəmkir rayonu üzrə 17 tona yaxın barama istehsal olunub. Bu il isə məhsuldarlığın 20 tona çatacağı proqnozlaşdırılıb.
Natiq Hüseyn
- Baxış: 272