KepezTV Player
Azərbaycanda bayram namazları karantin rejiminə uyğun qılınacaq. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun addım atılacaq. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə rəsmisi vurğulayıb ki, Ramazan ayı ərzində kütləvi iftar süfrəsi haqda məlumat daxil olmayıb. İmamlar internet üzərindən moizələrində insanlara çağırış edirlər ki, iftar mərasiminizi öz evinizdə ailənizlə birgə keçirin.
- Baxış: 300