Kənd Təsərrüfatı Nazirliyi müasir texnoloji avadanlıqlarla təchiz edilən mikroavtobusları vasitəsilə bölgələrdə fermerlərə səyyar xidməti davam etdirir. Növbəti ünvan Şəmkir rayonu olub.
Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları rayon mərkəzindən uzaqda yerləşən kəndlərdə səyyar xidmətin təşkilinə cəlb edilib. Xidmət zamanı xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur. Növbəyə yazılan fermerlərə tibbi maskalar paylanır, gözləmə zamanı sosial məsafənin qorunması təmin edilir. Vətəndaşlar yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə, eləcə də kənd təsərrüfatına aid digər səyyar xidmətlərdən yararlanırlar.
Kənan Alıyev - Şəmkir DAİM-nin böyük məsləhətçisi: Artıq bir həftədir ki, Şəmkir rayonu üzrə səyyar xidmət avtobusu ilə ucqar dağ kədnlərində əhaliyə xidmətlər göstərmişik. Bunlardan misal olaraq rayon mərkəzindən 30-35 kilometr aralıda yerləşən Yeni Göyçə, Qaraqoyunlu, Günəşli və Çaykənd kəndlərində vətəndaşların torpaq və arı subsidyaları üzrə bəyannamələri elektron kənd təsərrüfatı informasiya sisteminə daxil edilib.
Bu günədək Şəmkir rayonunun dağlıq ərazidə yerləşən 10-a yaxın kəndində fermerlərə səyyar xidmətlər göstərilib. Bu gün isə Qasımalılar kəndində yerli fermelər bundan yararlanıblar.
Eyvaz Ələsgərov – fermer: Torpaq əkmək üçün sənəd almaq üçün müxtəlif qapılar döyürdük. Əziyyət çəkirdik gedirdik-gəlirdik. Lazımsız adamlarla qarşılaşırdıq. Amma indi əl qaldırıram sizə xoş gəldin deyirəm. Hər şey öz qaydasındadır.
Bayram Musayev – fermer: Bir hektar əkiləcək sahəm var. Orada buğdada arpada əkirəm. Ən çox arpa əkirik. Qabaqlar gedirdik rayona o təşkilat bu təşkilat bir gün vaxt tapa bilmirdik, bir gün yerində tapa bilmirdik. İndi bunu kim təşkil edim çox sağolsun gəlib bizim evimizin içində bu sənədləri qaydaya salırlar.
Şəmkir rayonunda 300-ə yaxın fermer səyyar xidmət vasistəsi ilə sənədlərini qaydaya salıb. Proses qarşıdakı günlərdə digər kəndlərdə davam etdiriləcək.
Natiq Hüseyn
- Baxış: 1074