• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 745
— 20.05.2020 15:56

Azərbaycan vətəndaşlarının ölkəyə deportasiyası dayandırılıb

KepezTV Player

Xarici ölkələrdə olan və yaşama müddəti başa çatan Azərbaycan vətəndaşlarının ölkəyə deportasiya edilməsi dayandırılıb. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn brifinqdə deyib. Onun sözlərinə görə, pandemiya dövrü ilə bağlı sərhədlər bağlı olduğundan bu proses heç bir ölkədə həyata keçirilmir. Azərbaycanda da belədir. Sərhədlər açılan müddətə qədər həmin şəxslərin deportasiya edilməsi dayandırılıb. Yalnız sərhədlər açılandan sonra bu barədə qərar qəbul olunacaq.