• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1274
— 18.05.2020 19:58

Yoluxanların sayı artırsa, karantin niyə yumşaldılır?

KepezTV Player

"Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb". Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayev deyib. Onun sözlərinə görə, bu gün 1 nəfər vəfat edib: "İndiyə qədər 3387 nəfər koronavirusa yoluxub, 2055 nəfər sağalıb, 1333 nəfərin müalicəsi davam edir”. İndiyədək 235 910 test aparılıb. Brifinqdə rayonlararası gediş-gəliş, sərhədlərin açılması, toy mövsümünün başlanması kimi maraq doğuran məsələlərə də aydınlıq gətirilib.

Bundan sonra ölkədə tibbi nöqtəyi-nəzərdən baş verəcək hadisələr əsasən vətəndaşlardan asılı olacaq deyən Yaqut Qarayeva əlavə edib ki, hər kəs, ələxüsus da yaşı 65-dən yuxarı olan şəxslər mütləq şəkildə maskadan istifadə etməli, sosial məsafəni gözləməli, gigiyenik qaydalara ciddi əməl etməlidirlər. TƏBİB rəsmisi əhalini həkimlərə dəstək göstərməyə çağırıb. Vurğulayıb ki, ölkədə çarpayı sayı, dərman preparatları, tibbi ləvazimatlar sarıdan heç bir çətinlik çəkilməsə də, vətəndaşların dəstəyi, cəmiyyətdə məsuliyyət hissi olmasa, vəziyyət yenidən pisləşə bilər. Yaqut Qarayeva onu da vurğulayıb ki, ölkədə modul tipli ikinci xəstəxana Gəncədə açılacaq. Hazırda bu istiqamətdə intensiv iş aparılır. Sumqayıtda da tezliklə analoji xəstəxananın açılışı olacaq. Xəstə sayının artması modul tipli xəstəxanalara ehtiyac yaradıb. TƏBİB nümayəndəsi “yoluxanların sayı artırsa, karantin niyə yumşaldılır?” sualına da cavab verib.

İdman zallarının açılması məsələsinə gəlincə, vurğulanıb ki, belə obyektlər qapalı məkanlar olduğundan və insanların maska ilə məşq etməsi çətinlik yaratdığından, həmçinin eyni avadanlıqlardan çox sayda şəxlərin istifadə etməsinin yoluxmaya səbəb ola biləcəyi ehtimalı nəzərə alınaraq idman zallarının daha sonrakı mərhələdə açılması məqsədəyə uyğun sayılır. Brifinqdə o da diqqətə çatıdırılıb ki, epidemiolji vəziyyətdən asılı olaraq, rəqəmlər ciddi şəkildə artarsa, bayram günləri və həftə sonları üçün rejim dəyişikliyi məsələsi müzakirə oluna bilər.