• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 18.05.2020 17:47

Samuxda yararsız telefon xətti internetdən istifadəni mümkünsüz edib

KepezTV Player

İndiki dövrdə internet vasitəsilə həll edilən məsələləri Samuxun Hacıalılı kəndində heç telefonla həll etmək mümükn olmur. Sakinlərin stasionar telefondan istifadə edə bilmələri üçün mövcud olan xəttlərin yararsız vəziyyətdə olması buna səbəbdir. Telefonsuz və internetsiz qalan sakinlərin narazılıqlarına əməkdaşımız Natiq Hüseyn aydınlıq gətirib.

Samux rayonunun Hacıalılı kəndində yerlə çəkilən rabitə xəttləri stasionar telefonların aylarla işləməməsinə səbəb olur. Baxmayaraq ki, vətəndaşlar işləməyən ev telefonuna görə hər ay abunə haqqını ödəyirlər.

Xəttlərin və rabitə dirəklərinin yarasız vəziyyətdə olması kənddə internetdən istifadəni də mümkünsüz edib. Birinci kurs tələbəsi olan Vüsal Muradov da koronavirus pandemiaysı ilə əalqədər olaraq hər gün onlayn dərslərdən məhz bu səbəbdən yararlana bilmir. Bu isə onun imtahanlara hazırlaşmasında çətinliklər yaradır.

Vüsal Muradov - tələbə: Onlayn dərsə qoşula bilmirəm. Bu gün-sabah artıq semestrdir. Dünən dedilər ki imtahanlar onlayn keçiriləcək. İmtahana mən qoşula bilməyəcəm. Mənə də internet lazımdır.

İnternetsiz qalanlar çarəni ya ətraf kənd və qəsəbələrə getməkdə, ya da əlavə xərc hesabına mobil şəbəkələrdən yararlanmaqda tapır.  

Hafis İsmayılov sakin: Bu internet gedib gəlir. Belə baxırsan internet var. 15 dəqiqədən sonra yoxa çıxır. Hava bir az küləkli oldu tez-tez fırlanmağa başlayır. Başqa işlər bir tərəfə indi korovirusla bağlı uşaqlar internetdən  dərs keçir.

Probelmin həlli bağlı bu günədək bir çox instansiyalara müraciət edən Hacıalılı sakinlərinin görünür səsisə səs verən yoxdur.  

Əlyar Muradov – sakin: Hər yerə müraciət etmişəm. Bizim işimizi həll edən yoxdur. Sahə rəisinə demişəm deyir 400 metr cibindən kabel al. Külək səsəndə bir-birinə dəyir işə düşür. Bir yarım saat bir saat işləyir sonra birdə yox olur.

Hacıalılıda stasionar telefon xəttlərinin bəbad olmasından və internet şəbəkəsinə qoşulmanın çətinliyindən kəndin yerli rəhbrəliyi də narahdır. Kənd icra nümayəndəsi Sabit Verdiyev də sakinlərin haqlı narazılığı ilə bağlı müvafiq qurumlara müraciət edildiyinə diqqət çəkib.

Sabit Verdiyev - Hacıalılı kənd icra nümayəndəsi: Rayon Telekommunikasiya Qovşağına məlumat vermişəm. Ələsgər müəllimə onun işçilərinə onlar düzdür söz verirlər ancaq sonradan əsaslandırırlar ki, heç cür biz kömək edə bilmirik.

Samux Telekommunikasiya Qovşağından sakinlərin iradlarını kənddə ATS-in olmaması ilə əlaqələndirirlər. Hazırda Hacıalılı sakinləri Lək kəndinin ATS-dən istifadə edirlər ki, məsafə uzaqlığı səbəbindən mövcud problemlər yaranır. Amma kənddə ATS-in qurulacağı da plandadır.

İsrafil Zalov - Samux Telekommunikasiya Qovşağının baş mühəndisi: Ötən il rayonda Əlibayramlı və Alabaşlı kəndlərində yeni ATS-lər quruldu. Bu il isə nəzərdə tutulub ki, Hacıalılı kəndində ATS qurulsun. Yeni ATS qurulandan sonra həm internet, həm də telefondan istifadədə problem yaranmayacaq.

Dəqiq vaxt bəlli olmasa da ATS-in bu il ərzində qurulacağı dəqiqdir. Odur ki, Hacıalılı sakinləri hələ bir müddət də qonşu kəndlərə var-gəl edib, mobil operatorların xidmətlərindən yararlanmaq məcburiyyətində qalacaq.

 

Natiq Hüseyn