KepezTV Player
Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar müəyyən edilən əlillik səbəbləri sırasına Azərbaycanın müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik səbəbləri daxil edilib. Keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar əlillik isə bu səbəblər sırasından çıxarılıb. Qərar mayın 14-dən qüvvəyə minib. Ölkədə irsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən ediləcək.
- Baxış: 252