Hotel nömrələrindən istifadə edən müştəri hoteldən çıxş etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni müştərilərin istifadəsinə veriləcək. Bunu “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda onlayn müzakirədə ölkənin aparıcı hotellərinin nümayəndələri bildiriblər.Artıq vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək. Müştəri ilə hotel personalı arasında sosial məsafənin saxlanılması təmin olunacaq. Daha bir yenilk isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum 2 metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul olunmasıdır.
- Baxış: 270