Ətirdən istifadə demək olar ki, gündəlik tələbatın bir hissəsinə çevrilib. Ancaq koronavirus pandemiyası ətir satışına da təsirsiz ötüşməyib. Gəncə mağazalarında olan vəziyyətlə bağlı araşdırmamız var.
Hazırkı dövrdə ətirlərin qramla satışının həyata keçirilməsi insanların cibinə uyğun olsa da, qadağaların tətbiqi müştəriləri ətir dükanlarından uzaq salıb.
Nəsimi Valehov satıcı: Ən çox qadınlar ətirə üstünlük verir.Kişilər az miqdarda.Koronavirus dövründə, ətirlərimiz zəif gedir.Çünki əhali ətirə görə çıxmır şəhərə.Müəyyən çeşiddə ətirlər var ki, qiymət növünə görə dəyişir. 0.60 azn-dən başlayır, 1-2,50 azn arasında dəyişir.Yəni baxır ətirin növünə.
Müştərilər daha çox qramla ətir almağa üstünlük verirlər. Çünki bu zaman ətir növünü istehlakçının seçməyinə imkan yaranır. Qiymətlər çeşidinə, həcminə və keyfiyyətinə görə dəyişir.
Gülnarə İsmayılova alıcı: “Today”, “İncendense” ətirlərindən istifadə edirəm.Qramla da olur, 25 manata, 30 manata. Qramla daha ucuzdur.
Qiymətlərin münasibliyinə baxmayaraq, fərqli düşünən alıcılar da var.
Əli Hacıyev alıcı: 15-20 manat arası dəyişir ətirlərin qiyməti. Alanda qabı ilə satılan ətirləri alıram.Qramla satılan ətirlərdən istifadə etmirəm. Qiymətlər normaldır.
Bəzən insanın istifadə etdiyi ətir onun məlumat daşıyıcısı olur. Qoxu insanı hansısa işə həvəsləndirə bilər. Yaxud əksinə, depressiyaya, stressə də salmaq imkanı var.
Sahibə Məmmədova alıcı: Qəşəng ətirlərdən istifadə etsinlər, gənc nəsil cavanlara uyğun ətirlərdən, yaşlılar da klassik ətirlər istifadə edirlər.Hər kəs öz cibinə münasib alış-veriş edir. Bunun müqabilində də seçim etmək lazımdır.
Mütəxəssislər də ətir alarkən diqqətli olmağı, xarakterə, ovqata uyğun qoxulardan istifadə etməyi məsləhət görürlər.
Valeh Anaroğlu
- Baxış: 379