KepezTV Player
Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar məhkəmələrin fəaliyyətinə qoyulan məhdudiyyət ləğv edilib.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may 2020-ci il tarixli qərarı nəzərə alınaraq məhkəmələrə işlərə baxılması ilə bağlı tövsiyə edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə mayın 18-i sat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.
- Baxış: 277