• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 15.05.2020 19:48

İstifadə etdiyimiz suyun təsiri necədir?

KepezTV Player

Sağlamlıq insan üçün ən böyük sərvətdir. Amma gözəllik də vacibdir. Əslində gözəllik elə sağlamlıqdan bilavasitə asılıdır. Elə sağlam olan insanın bütün dişlərinin mirvari kimi ağappaq, saçlarının isə möhkəm və ipək kimi parıltılı olması kimi. Əgər təbii ki, dişlərə və saçlara mənfi təsir göstərən kənar təsirlər yoxdursa. Söhbət hansı təsirlərdən gedir? Əməkdaşımız Fidan Muradlının bu barədə araşdırması var. İzləyək...

Məlumdur ki, içdiyimiz su dişlərimizə, başımızı yuduğumuz su isə saçlarımıza böyük təsir göstərir. Bu təsirin müsbət və ya mənfi olması isə suyun tərkibindən asılıdır.

Susuz həyat qeyri-mümkündür. Stomatoloq Sultanovanın sözlərinə görə, suyun tərkibi birbaşa dişlərə təsir edir. Minerallarla, faydalı elementlərlə zəngin suyun müsbət təsiri kimi.

Göründüyü kimi, biz yalnız içdiyimiz suyun yox, təmizlik, gözəllik məqsədilə istifadə etdiyimiz suyun tərkibinə də diqqətli olmalıyıq. Düzdür. yaşadığımız ərazidən asılı olaraq suyun tərkibindəki fərqliliklər başadüşüləndir. Amma parlaq təbəssüm və parıltılı saçların istəyənlər diş məcunu və ya istifadə etdiyi yuyucu vasitələrlə yanaşı sudan da ona uyğun yararlanmalıdırlar.