• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 14.05.2020 12:32

850 ailәyә humanitar yardım ediləcək

KepezTV Player

Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyi Ramazan Bayramı münasibətilə qərb bölgəsində yaşayan və koronavirus epidemiyası ilə əlaqədar çətinlik çəkən aztəminatlı şəxslərə dəstək məqsədilə humanitar yardım ayırıb. 65 yaşdan yuxarı, tənha yaşayan, aztəminatlı ailələrə içərisində ərzaq məhsulları olan bağlamalar hazırlanıb. Məqsəd müvəqqəti olaraq işini itirən, maliyyə baxımından problemləri olan ailələrə dəstək olmaqdır. Bağlamalar artıq Türkiyənin Gəncədəki Baş konsulluğuna təqdim edilib. Müəyyən edilən siyahı və qrafik əsasında ərzaq qutuları sahiblərinə çatdırılacaq.

Zeki Öztürk Türkiyənin Gəncədəki Baş konsulu: TİKA-nın Azərbaycandaki nümayəndəliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin, Konsulluğumuzun və yerli QHT-lərin təşkilatçılığı ilə 65 yaşdan yuxarı, şəhid ailələri, aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə, ümumilikdə 850 ailəyə ərzaq yardımı edəcəyik. Təşəbbüsümüzə şənbə günü Tovuz Rayon İcra Hakimiyyəti də qoşulub.