Koronavirus pandemiyası dövründə kütləvi tədbirlər təxirə salınsa da, konfranslar və yığıncaqlar onlayn şəkildə təşkil edilir. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə reallaşan onlayn videokonfrans bu qəbildən olub. Tədbir pandemiya dövründə gənclərin asudə vaxtlarının təşkili mövzusuna həsr edilib.

Videokonfransda fəallıq göstərən gənclər onları maraqlandıran suallarla çıxış ediblər. Xaricdəki tələbələrin vəziyyəti, beynəlxalq tədbirlərdə iştirak, incəsənət, idman, pandemiya və könüllüklə bağlı suallar daha çox səslənib.Verilən suallar ətrafında isə məruzəçilər fikirlərini söyləyərək öz tövsiyələrini veriblər.
Videokonfransın gələn həftə ətraf mühitin qorunması və daxili turizmin inkişafı mövzusunda keçirilməsi planlaşdırılır.
- Baxış: 504