• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 09.05.2020 20:37

Kənd təsərrüfatı texnikalarının istifadəsi zamanı diqqət edilməli məqamlar

KepezTV Player

Dünyanı koronavirus pandemiyası öz cənginə alsa da, təsərrüfat adamları öz işinin başındadır. Nəzərə alsaq ki, hazırda ölkədə yaz tarla işləri davam edir, bu baxımdan fermerlərin diqqət etməli olduğu bir sıra məqamlar var. Həmin məqamlardan biri də təsərrüfatların əvəzolunmazı hesab olunan kənd təsərrüfatı texnikalarından istifadədir. Mexanizatorlara önəmli tövsiyələr var. İzləyək.

Kənd təsərrüfatı texnikalarından istifadə xüsusi diqqət tələb edir. Əsas da maşın-traktor aqreqatlarının aqrotexniki tələbləri yerinə yetirilməli, komplektləşdirilməsi qaydalarına riayət olunmalıdır. Məhz buna görə kənd təsərrüfatında mexanikləşdirilmiş işlərin pozulması yalnız məhsulun keyfiyyətsiz istehsalına deyil, işçilərin təhlükəsizliyinə də öz təsirini göstərə bilər.

Vaqif Mirzəliyev ekspert: Ümumiyyətlə bu ərəfədə respublikamızda yaz tarla işləri start götürüb.Lakin yalnızca bu məqamla bağlı yox, kənd təsərrüfatı texnikası həm saxlanmaya, həm də istismara verildikdə bizimdir.Saxlanma müddətində də, istifadə müddətində də onunla dəyərincə işlətmək, yetərincə qulluq göstərmək lazımdır.Mexanizatorların da texniki savad baxımından maarifləndirilməsi kənd təsərrüfatı maşınlarının istifadə olunması üçün müəyyən tədbirləri zəruri edir.

Təhlükəsizlik tələblərinə ciddi riayət etdikdə, kənd təsərrüfatı texnikalarının idarəetmə və istismar qaydalarını dəqiq yerinə yetirmək mümkündür. Xüsusən də, məhsul yığımında iştirak edən mexanizatorlar, onların köməkçiləri eləcə də işə cəlb olunan digər şəxslər əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmalıdırlar.

Vaqif Mirzəliyev ekspert: Koronavirusla bağlı bir çox məsələlər ümumi təyinatlı tədbirlərdir ki, həyata keçirilməlidir.Çünki texnikadan istifadə edən mexanizator daşıyıcı ola bilər.Əgər texnikanı digər mexanizator da istifadə edirsə, həmin dövrdə daşıyıcıya çevrilə bilər.Beləliklə artım nəzərə alına bilər.Lakin texnikadan bir dəfə istifadə olunursa, yeni növbə başlıyırsa, həmin texnika dezinfeksiya edilsə yaxşıdır.

Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlar iş prosesində diqqətli olmalı, istifadə etdikləri texnikalar günaşırı dezinfeksiya edilməlidir. “Ehtiyat igidin yaraşığıdır” deyiminə uyğun olaraq, ehtiyatlı olmaq həm bədbəxt hadisələrin qarşısının alınması, həm də sağlamlığın qorunması baxımından çox önəmlidir.

Valeh Anaroğlu