• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 08.05.2020 15:58

Təhsil sahəsindəki yeniliklər müzakirə edilib

KepezTV Player

Gəncədə Təhsil İdarəsinin əməkdaşları ilə məktəb direktorlarının videokonfransı olub. İclasda təhsil sahəsində yeniliklər və qarşıda duran vacib məsələlər müzakirə edilib.

Zakir Hüseynov - Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: 48 baldan yuxarı nəticə göstərmiş, miqdən keçmiş və müddətli müqavilə ilə işləyən şəhərimizdə 4 nəfər müəllim var. Həmin müəllimlərin yenidən işə qəbulu üçün daimiləşmək üçün onlarla müsahibə keçəcək. Müsahibələr video qaydada olacaq. Sizdən xahiş edirəm ki, kimin məktəbində belə müəllim varsa onlar üçün komputer üçün şərait yaratmaq lazımdır. Bizim idarəyə müraciət eləsinlər, biz onlar üçün lazımı köməklik göstərə biləcəyik.

Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinin keçirdiyi videokonfransda qarşıda duran əsas məsələlərdən biri bundan ibarət idi. Həmçinin videokonfrans iştirakçılarına virtual məktəb layihəsi və ona qoşulma qaydaları barədə də məlumatlar verilib. Hər bir şagirdin virtual məktəb portalında qeydiyyatdan keçməsinin vacibliyi vurğulanıb. Qeydiyyatdan keçən məktəbli öz yaşına uyğun sinifə təyin olunur. Bundan sonra şagirdə həftəiçi teledərslərdə tədris olunan mövzulara uyğun hazırlanan ev tapşırıqları verilir. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə edilir. Bundan başqa təhsil nazirinin orta məktəblərlə bağlı verdiyi yeni əmr də videokonfrans iştirakçılarına çatdırılıb.

Zakir Hüseynov - Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: Məktəblərdə işçinin otuz faizədək demək olar ki, lazım gəldikdə dəvət olıunacaqdı. Məktəblərdə xadimələr məktəbin təmizliyi ilə təsərrüfat işi ilə məşğul olanlar məktəb ətrafın təmizlənməsi, o cümlədən məktəbdə kitabxananın səliqəyə salınması, laboratoriyaların iş sisteminə köklənməsi bunların hamısına tapşırıq verilib. Məktəblərdə iş ahəngi get-gedə nisbətən nazirlər kabinetinin müvafiq qərarlarına uyğun olaraq tənzimlənəcəkdir.

Videokonfrans zamanı təhsil işçiləri təlim-tədris prosseninə aid olan digər məsələləri də müzakirə edib. Analoji videokonfransın mütamadi olaraq keçiriləcəyi diqqətə çatdırılıb.

 

Elnur Vahidoğlu