KepezTV Player
Prezident İlham Əliyev Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Dövlət başçısı Azərbaycanda təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında da sərəncam imzalayıb. Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb. Qərb bölgəsində Gədəbəy rayonunun Əlinağılar kəndində 96 şagird yerlik, Tovuz rayonunun Şıxheybət və Göyəbaxan kəndlərinin hər birində 56 şagird yerlik modul tipli məktəb quraşdırılacaq.
- Baxış: 526