Dünya miqyasında yanaşılanda yuyulmayan əllərin problemi xoşa gəlməz nəticələrə səbəb olur. Bu həmçinin təhlükəli hesab edilən və insanın ölümünə gətirib çıxara biləcək yolxucu xəstəliklərin də yaranma mənbələrindən biri kimi hesab edilir. Təmiz əl, sağlam həyat deməkdir - başa vurduğumuz günün devizi belədir.
İnsanların xəstəliyə və yaxudda virusa yoluxmaması üçün ən başlıca vasitələrdən biri də əllərin yuyulmasıdır. Məhz elə buna görədə 5 may ümumdünya əllərin gigiyenası günü kimi qeyd olunur.
Tez-tez, qaydalara riayət etməklə, yəni ilıq su ilə sabunla əllərin yuyulması vacibdir. Bu yalnız zərərverici viruslar və infeksiyalarla orqanizmin yoluxmasının qarşısını almağa kömək etmir, həm də həyatımızı daha rahat, xoş və təhlükəsiz edir. Çünki şəxsi gigiyena qaydalarına riayət edilməməsi bir çox yolxucu xəstəliklərin yaranma və yayılmasında mühüm vasitə hesab edilir.
Süleyman Məmmədov Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri:Gigiyenik qaydalara əməl olunmaması bir çox infeksion, yolxucu xəstəliklərin olmasına səbəb olur. Qurd xəstəliyi yaradır və ona çirkli əllər xəstəliyi də deyilir.Qida qəbulu vaxtı insanın yoluxa biləcək bütün xəstəlikləri yoluxdura bilər. Ona görədə əllər təmiz olmalıdır. Hətta tarixi İbni Sinanın belə bir sözü də var ki, əl amanı.
Əllərin yuyulmaması koronavirus pandemiyasına yoluxmanın da əsas və mühüm vasitələrindən biri kimi qiymətləndirilir.
Hürriyət İsmayılova Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini:O cümlədən bu gün pandemiya şəklini almış karanavirusun praflaktikasında sıx təmasdan çəkinmək, çalışmaq lazımdır ki, bir dəfəlik maskalardan istifadə etmək, karantin rejiminə riayət etmək bunlar hamısı faktordu. Ancaq əllərin yuyulması da böyük faktorlardan biridir.
Maraqlı məqamlardan biri də odur ki, əllərin adi yuyulması kimi sadə gigiyenik prosedur hər gün minlərlə uşağın həyatını da xilas edə bilər.
Süleyman Məmmədov Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri:Ümumdünya Səhiyyə Təşkilatı bunu ela edibsə bunun izaha ehtiyacı yoxdur. Yəni ki, təmiz əllər sağlamlığın rəhmidir. Ona görədə valideyinlər öz uşaqlarını öyrətməlidir, məktəbdə müəllimlər öyrətməlidir. Əsas burda biz bu vərdişi uşaqlara öyrətməliyik. Uşaqlara bu vərdişi aşılaya bilsək böyüyüəndə də bu vərdişi davam etdirə biləcək.
Elfaq Ələsgərov sakin:Uşaqlıqdan necə öyrədilirsə elə də gedir.Biz belə görüb, belədə böyümüşük. Əl ayaq təmiz olmuyanda nəinki indi həmişə xəstəlik əmələ gələ bilər”.
Vüsal Əlizadə sakin: Mağazaya gedib gələndə, əlimi hara vururamsa, pula həmin dəqiqə spirtlə əlimi dizinfeksiya edib evə də gələn kimi əlimi sabunla yuyuram”
Sadalananan faktlar, edilən tövsiyyələr onu göstərdi ki, uşaqlara öyrədilən gigiyenik qaydlar bu günümüzün, eləcə də gələcəyimizin sağlam qarantıdır. Bunu etməklə həm də özümüzün də bir daha gigiyenik qaydalar əməl etməyi yadımızda saxlamağa kömək edir.
- Baxış: 473