Koronavirus pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dezinfeksiya işləri də davam etdirilir. Gəncədə də analoji işlər aparılır. Artıq ikinci dəfədir ki, şəhərin küçə və prospketləri xüsusi avtomobillərlə dezinfeksiya edilib.
Gəncədə karanavirus pandemiyasına görə növbədi dəfə avtomobillərlə küçə və prsopektlər dezinfeksiya edilir. İlk olaraq dezinfeksiya işlərinə şəhərin Heydər Əliyev prospektindən başlanılıb.
Bu dəfə işlərə Daxili İşlər Nazirliyinin xüsusi nəqliyyat vasitələri cəlb olunub. 4 texnika yolları çiləmə üsulu ilə dezinfeksiya edib.
Təyin olunan qrafik üzrə dezinfeksiya işləri Nizami, Atatürk prospketlərində, Fikrət Əmirov, Ruzigar Qasımov, Dədə Qorqud və digər küçələrdə həyata keçirilib.
Eşqin Qasımov DİN-nin Mətbuat Xidmətinin əməkdaşı: Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə ictimai asayişin qorunması ilə bərabər xüsusi karantin rejimin tələblərinin həyata keçirilməsinə də nəzarət edir. Bu gün paytax Bakıdan sonra da Gəncə şəhərində də Daxili İşlər Nazirliyinin xüsusi avtomobillər vastəsi ilə şəhər ərazində dezinfeksiya işləri həyata keçilir. Gəncədə ilk dəfədir ki, Daxili İşlər Nazirliyinin xüsusi avtomobillərinin iştirakı ilə dezinfeksiya işləri həyata keçilir. Yəqin ki, bundan sonra da həyata keçiriləcəkdir.
Dezinfeksiya işləri ilə yanaşı, əhalinin maarifləndirilməsi də aparılıb.Polis əməkdaşları səsgücləndirici vasitəsilə bir daha karantin rejimi qaydalarını şəhər sakinlərinin diqqətinə çatdırıb, onları bu qaydalara riayət etməyə çağırıb.
- Baxış: 755