"İctimai səhiyyə ilə bağlı görülən tədbirlər insanların sağlamlığını qorumaq üçündür. Azərbaycan koronavirusun qarşısını almaq üçün ən tez tədbir görən ölkələrdən biridir". Bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. "Sosial həyata dönmək üçün bir qədər yumlaşdılma tədbirləri görülüb. Bu qərarın tez verilib-verilmədiyini bir müddət sonra görəcəyik. İnsanlar pandemiya bitdi deyib, tez əvvəlki həyata dönsələr, say artacaq. Əgər insanlar qaydalara əməl etməsə, 7-10 gün sonra yoluxmanın artmağa başlaması mümkündür. Belə olsa, hökumət yenidən karantinlə bağlı qərar verə bilər. Əhalinin etməli olduğu vacib şey fiziki məsafə saxlanması, əllərin tez-tez yuyulmasıdır" deyə Harmancı diqqətə çatdırıb. O, Azərbaycanda koronavirus xəstələrinin olduğu xəstəxanalarda həkimlərin virusa yoluxma səviyyəsinin yüksək olmadığını, virusa yoluxanların əksəriyyətinin koronavirus xəstəxanalarında deyil, kənarda yoluxduğunu deyib. Son məlumata görə, 300 səhiyyə işçisi yoluxub.
- Baxış: 270