KepezTV Player
Göygöl Rayon Polis Şöbəsi koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi ilə əlaqədər olaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə sovqat payalyıb. Polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 50-ə yaxın ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Polis həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejimi qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıb.
Natiq Hüseyn
- Baxış: 335