KepezTV Player
Koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejimi ilə bir sıra vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq aztəminatlı ailələrə yardım aksiyası reallaşdırılır. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi də yerli icra hakimiyyətinin təşəbüsünə qoşulub. İdarə tərəfindən sağlamlıq məhdudiyyətli şəxslərə, idman veteranlarına və digər kateqoriyadan olan aztəminatlı ailələrə ərzaq sovqatı verilib. Yardım aksiyasında İdarənin əməkdaşları 50-yə yaxın aztəminatlı ailəyə baş çəkiblər. Şəhər sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
- Baxış: 1128