Sinqapurlu alimlər Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə koronavirus pandemiyasının bitmə tarixinə dair yenilənmiş proqnozlarını açıqlayıblar. Alimlərin hesablamalarına görə, Azərbaycanda koronavirus pik həddə aprelin 8-də çatıb. Pandemiya mayın 7-də 97%, mayın 18-də 99%, iyunun 15-də isə 100% bitəcək. Bu göstəriciyə görə, postsovet məkanında ən müsbət proqnoz Azərbaycan üçün verilib. Araşdırmaçıların fikrincə, postsovet məkanında pandemiya ən gec Rusiyada sona çatacaq – 7 avqust. Məlumata görə, pandemiya Qazaxıstanda iyulun 28-də, Gürcüstanda iyulun 27-də, Belarusda iyulun 18-də, Moldovada iyulun 3-də, Ukraynada iyulun 2-də, Özbəkistanda isə iyunun 27-də başa çatacaq. Bunda başqa, proqnozda həmçinin Azərbaycanın qonşu ölkələri olan Türkiyə və İranda yer alıb. Belə ki, Türkiyədə pandemiyanın sonunun iyulun 30-da gözlənilsə də, İran üçün bu tarix sentyabrın 28-nə təsadüf edəcək. Koronavirusun ən çox yayıldığı ölkələr olan ABŞ-da sentyabrın 9-da, İspaniyada avqustun 2-də, İtaliyada 31-də pandemiyanın bitəcəyi gözlənilir.
- Baxış: 479