Şəmkir Rayon Polis Şöbəsi tək koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etmir. Eyni zamanda vaxtaşırı olaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə yardımlar edilir. Polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 100-ə yaxın ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərilən diqqətə görə, Şəmkir polisinə təşəkkür ifadə ediblər. Polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejimi qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.
Natiq Hüseyn
- Baxış: 281