• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 27.04.2020 11:26

Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradılıb

KepezTV Player

Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Agentliyin “1542” Çağrı mərkəzinin psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib. Psixoloji dəstək xətti 3 istiqamətdə - tibbi heyət üçün, ictimaiyyət üçün və xəstələr üçün psixoloji dəstək istiqamətlərində fəaliyyət göstərəcək. Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti 7 gün 24 saat, psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, icbari tibbi sığorta ilə bağlı xətti isə iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.