Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Gəncədən İkinci Dünya müharibəsində iştirak edən 6 nəfər 1500 manat birdəfəlik maddi yardım alacaq. Vəfat edən döyüşçülərin dul arvadları və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilənlərin sayı isə 316 nəfərdir.
Tofiq Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı: Qafqazın azad olunmasından tutmuş, avropa dövlətlərinin azad olunmasında 1941-45-ci illərdə hərbidə qulluq edib, müharibədə iştirak etmişəm. Çox çətin idi, aclıq keçirirdik. İnandırıram ki, ölənin çantasını axtarıb çörək tapıb yeyirdik. Aylarla əynimiz dəyişməyirdik. Gecələr qaranlıqda meşədə qarın içində yatırdıq. Elə bir əziyyətlə biz müharibəni başa vurduq
98 yaşlı Tofiq Hüseynov da Gəncədən 1500 manat birdəfəlik yardım alanlardandır. İkinci dünya müharibəsində göstərdiyi şucatə, igidliyə görə 30-a yaxın medalla təltif olunan veteran dövlətin də diqqət və qayğısını daim hiss etdiyini bildirir.
Tofiq Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı: Eşitdim ki, hörmətli prezidentimiz İlham Əliyev cənabları 1000 manatı 1500 manat elədi. Rəhmətə gedən iştirakçıların da dul arvadlarına köməklik göstərir. Vetaranlar adından, şəxsən öz adımdan minnətdarlığımı bildirirəm.
Gəncədən müharibədə 28 mindən həmyerlimiz iştirak edib. İndi onlardan 6-si İkinci Dünya müharibəsində iştirakçısı,316 nəfəri vəfat edən döyüşçülərin dul arvadları və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilənlər həyatdadır.
Yusif Məmmədov Gəncə şəhər Veteranlar Təşkilatının sədri:Gəncədən bizim İsrafil Məmmədov boya başa çatmış həmyerlimizi Jukovdan tutmuş hamı ona "müharibə pəhləvanı" deyirdilər. Sovet İttifaqı Qəhrəmanlarımız və əsgərlərimizlə bərabər faşist Almaniyasının Berlin şəhərinə 416-cə taqonov divizyası və 3 digər divizya daxil olub. Ondan əlavə bizim ixtiraçı akademik Yusif Məmmədəliyevdə yüksək sürətlə uçmaq üçün neft hasil edib. Yükəsk sürətlə uçaraq alman faşistləri darmadağın edilib. Müharibınin qələbə çalınmasında bizim millətin çox böyük rolu olub.
Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı ümumilikdə 7600 nəfərə şamil olunacaq. Onlardan 1500 manatı 264 nəfər İkinci Dünya müharibəsində iştirakçısı alacaq.Bu məqsədlə 5,9 milyon manat pul ayrılıb.
- Baxış: 220