11 ayın sultanı Ramazan gəldi və bu səhər ilk imsak gerçəkləşdi. Axşamdan etibarən isə iftar süfrələri qurulacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il müsəlmanlar müqəddəs ayda yerinə yetirilməsi vacib ibadətləri, əməlləri ilk dəfə məsciddə deyil, evdə icra edəcək. Sözsüz ki, ölkədə karantin rejimi bitənədək...
İsgəndər Məmmədov Şah Abbas Cümə Məscidinin axundu:Karantin rejimi müddətində bütün ibadət edən əzizlərimizə tövsiyyə edirəm ki, öz evlərində ibadət etsinlər. Allahın rəhmət və mərhəmətinin göylərdən yerə enməsi ilə platenimiz bütün bəlalardan hifz olunar. Məscidlər fəaliyyət göstərər, bayram namazında inşallah bir yerdə olarıq.
Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən, mübarək ayda niyyət gecəsi bu il aprelin 24-dən 25-nə keçən gecəyə təsadüf etdi. Qədr gecələrinin sayıyla bağlı fərqli yanaşmalar olsa da,12,14,16 və 20 may tarixləri barədə açıqlama verildi. Mərhəmət ayında namaz qılmaq, oruc tutmaq, onu batil edən əməllərdən uzaq durmaq qədər, əhya gecələrində oyaq qalıb, sabahadək ibadət etməyin də əhəmiyyəti var.
İsgəndər Məmmədov Şah Abbas Cümə Məscidinin axundu: Oruc tutmağın belə bir fəlsəfi mahiyyəti var ki, insan aclıq hissini daxilən keçirməklə onun nə olduğunu dərk edir, ehtiyacı olanların nə hiss etdiyini duyur və öz yardımını göstərir.
Ramazanda imkanı olan şəxslər evindən fitrə çıxarmalıdır. Zəkat nəzərdə tutulan ərzaqların miqdarı və ya maya dəyəri ilə qarşılana bilər. O ki, qaldı imsak və iftar vaxtlarında Bakı və Gəncə arasındakı fərqə...
İsgəndər Məmmədov Gəncə Şah Abbas Cümə Məscidinin axundu: Bakı ilə Gəncə şəhəri arasında 360 km məsafə olduğu üçün günəşin çıxıb-batmasında 14 dəqiqəyə yaxın fərq var. Bu fərqlər meridian xətləri ilə bağlı götürülən hədlərdir. Əlbəttə, mərkəzdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən, eyni zamanda Dini Qurumlarla İş Üzrə Dövlət Komitisənin rəyi ilə bağlı tərtib olunmuş illik cədvəllər mövcuddur. Bütün regionlarda fərqlərin nə qədər olması elmi əsaslarla müəyyən olunub və təqdim edilib.
Bakı ilə müqayisədə Gəncədə imsak və iftar vaxtları təxminən, 15 dəqiqə gec olmaqla, yerinə yetirilir. Təqvimə əsasən, Şəvval ayının 1-i yəni, 24 may Ramazan bayramıdır. Ramazan ayında istənilən şəxs əxlaqi baxımdan çatışmayan keyfiyyətlərini birdəfəlik aradan qaldıra və özünü islah edə bilər.
- Baxış: 537