Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da tətbiq edilən xüsusi karantin rejimindən əvvəl ölkəmizə gələrək geri dönə bilməyən Türkiyə və Azərbaycan vətəndaşları qonşu ölkəyə təxliyə olunublar. 179 nəfər dünən axşam saatlarında Gəncə Beynəlxalq Hava limanından təyyarəylə Türkiyəyə yola salınıblar. Əsasən müxtəlif şirkətlərdə işləyən və təhsil almaq üçün Azərbaycanda məskunlaşan insanlar Türkiyənin Gəncədəki Baş konsulluğu vasitəsilə ölkələrinə göndəriliblər. Türkiyənin Gəncədəki Baş konsulluğuna 300-ə yaxın insan Türkiyəyə getmək üçün müraciət edib. Ötən gün axşam saatlarında Nizami yurdundan havaya qalxan təyyarə Ordu şəhərində yerə enib. Oradan isə bütün sərşinlər 14 gün müddətinə karatinə alınmaq üçün Girəsuna aparılıblar. Azərbaycandan Türkiyəyə təxliyə ilk olaraq Gəncədən reallaşıb.
- Baxış: 742