Gəncədə Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri də pandemiya dövründə fəaliyyətlərini davam etdirirlər. “Evdə qalaq, evdə yaradaq!” devizi altında uşaqlara onlayn məşğlələr keçilir. Bununla uşaqların bacarıqları inkişaf etdirilməklə vaxtlarının səmərli təşkili təmin olunur.
Ənvər Cəfərzadə şagird: Mən bacarıqlı əllər dərnəyinə iki ildir ki, gedirəm. Müəlliməmizi dinləyib güllər düzəldirik. Bu dərnəyi çox sevirəm. Evdən çölə çıxmayın, Həyat evdədir.
Şəlalə Cəfərzadə şagird: Bir ildir ki, bacarıqlı əllər dərnəyinə gedirəm. Müəllimə bizə yer kökü düzəltməyi, kəpənəklər öyrədir, fiqurlar öyərdir. Çox xoşuma gəlir evdə düzəldib öyrənirəm.
Salam uşaqlar necəsiz? Bu gün dərsimizdə belə bir çərçivə düzəldəcəyik. Uşaqlar başlayaq dərsimizə.
Dərsdən sonra uşaqların asudə vaxtlarının daha səmərəli keçirilmələri üçün məktəbdənkənar fəaliyyət göstərən dərnəklərin rolu danılmazdır. Bununla onların bacarıq, istedad və qabiliyyəti inkişaf etdirilir. xüsusi karantin rejimi dövrü olsa da Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən də məşğələlər davam etdirilir. Mərkəzin 24 dərnək rəhbəri həftənin 2 günü 6 saat ərzində 15 şagirdə onlayn məşğələlər keçir.
Nailə Cəfərova UGİM-in dərnək rəhbəri:Bu gün bildiyimiz kimi çölə çıxmaq olmaz. Evdə qal kompaniyasın qoşulmaq lazımdır. Bizdə çalışdığımız qədər uşaqların evdə olan köhnə materiallarından əl işləri düzəltdiririk. Uşaqlar evdə darıxmasın, sıxılmasın deyə bu gün biz dərslərimizi keçirik. Onlayn dərslərimizdə hər bir uşaq öz əl işini gələcəkdə məktəbə gətirəcək və bizdə onlara baxıb qiymətlərini yacacağıq. Efir vastəsi ilə mən demək istəyirəm ki, evdə qalaq həyat evimizdədir.
Məşğələlərlə yanaşı dərnək üzvlərinin əl işləri Təhsil Nazirliyi tərəfindən keçirilən onlayn müsabiqələrə də göndərilib.
Sevinc Ələkbərova UGİM-in direktoru:Təhsil Nazirliyi ilə birlikdə Respublika Yaradıcılıq Evinin təşkil etdiyi “Evdə qalaq nəğmə deyək”, Beynəlxalq Türk Mədəniyyəti və Eyişti fondu tərəfindən “Dünyamızı qoruyaq” Türk dünyasının adət ənənələri haqqında onlayn rəsm müsabiqəsi, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Təhsil Nazirliyinin dəstəyi ilə təşkil etdiyi “Biz birlikdə güclüyük” adlı Respublika rəsm müsabiqəsi, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Təhsil Nazirliyinin dəstəyi ilə keçirdiyi “Evdə qalaq, evdə yaradaq” müsabiqələrində mərkəzimizin uşaqları və dərnək rəhbərləri çox fəal iştirak ediblər
Mərkəzin dərnək üzvləri tərəfindən hazırlanan əl işləri videoçarx formasında sosial şəbəkələrdə də geniş kütləyə təqdim edilir.
- Baxış: 287