• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1198
— 21.04.2020 20:34

473 fermerə 500 tona yaxın mineral gübrələr satılıb

KepezTV Player

Aqrar rayon olan Göygöldə hər il orta hesabla 13 min hektardan çox sahədə əkin aparılır. Bol məhsul əldə etmək üçün şum və səpin işləri zamanı sahələrə verilən minerel gübrələrin əhəmiyyəti böyükdür. Bu il də yaz əkinləri zamanı rayonda 473 fermer əkin sahələrinə 500 ton mineral gübrələr səpib.

Göygöldə  fermerlərə yaz əkini ilə bağlı gübrələrin satışına martın əvvəlindən başlanılıb. Bu ildən fermerlər mineral gübrələri Aqrolizinq ASC-nin Göygöl-Daşkəsən bölməsində yeni qayda ilə alırlar. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən fermer kartından istifadə edilməklə əkilən məhsula uyğun olan gübrəni əldə etmək olar.

Vüqar Abbasov torpaq mülkiyyətçisi: Göygöl rayonunda yaşayıram, 20 hk torpaq sahəm var taxıl əkmişəm. Gübrə almağa gəlmişəm, çox asan və şəffaf şəklindədir. Kartını veririk, poçt da Quşqara kəndindədir. 30 faizimizi ödəyib gübrəmizi yığıb aparırıq. Karbomit aldım, 1 hk 150 kq səpirəm.

Sahələrə verilən mineral gübrə xəstəlik və ziyanvericilərin qarşısını alır, məhsuldarlığı daha da artırır. Bu günə kimi rayonda torpaq mülkiyyətçilərinə satılan mineral gübrələrdən 416 tonu karbomid,  10 tonu nitroamofos, 2 tonu kalium sulfat qalanı isə digər mineral gübrələrdir. Hazırda da fermerlər istənilən vaxt müraciət edərək mineral gübrəsini ala bilər.

Altay Ələkbərov Aqrolizinq ASC-nin Göygöl-Daşkəsən bölməsinin rəhbəri:İlk dəfə olur və əhalidə bunu müsbət qarşılayır. Çünki əvvəl neçə idarəyə gedirdi, icra nümayəndəsindən sənəd düzəldib, kimliyini gətirirdi. Həmçinin dövlət aktını da verirdi. Ancaq indi heç bir sənədə ehtiyac yoxdu. Burdan gəlib asan yolla gübrəsini alır. Lazımı qaydada gübrəmiz var, əgər yenə lazım olarsa sifariş əsasında qabaqcadan 100-200 ton ehtiyac olarsa var.

Aqrar rayon olan Göygöldə yaz əkini zamanı 5 min hektara yaxın ərazidə şum aparılıb. Fermerlərə mineral gübrələrin verilməsi isə mayın sonlarına kimi davam edəcək.