Xüsusi karantin rejiminin bütün qaydalarına əməl edən Qüdrət baba asudə vaxtını nəvə və nəticələri ilə dəyərləndirir. Onlarla vaxt keçirməyin əslində, bir fürsət olduğunu düşünür və özünü buna görə dünyanın ən şanslı insanı sayır.
Qüdrət Cəfərov - müharibə veteranı: Mən nəvə-nəticələrimi başa salıram. Düzgün hərəkət eləmək lazımdır. Çünki keçici, yoluxucu xəstəlik çox pis bir şeydir. Bizim evdə hər kəs təmizliyinə diqqət edir. Qapılarının tutacağında dəsmallar qoyurlar ki, əlləri təmiz olsun. Əllərimizi dezinfeksiya edirik.
Mövcud vəziyyətə biganə yanaşmayan 100 yaşlı veteran həssas dönəmdə xüsusilə, səhiyyə işçilərinin əziyyətininin böyük olduğunu vurğulayır.
Qüdrət Cəfərov - müharibə veteranı: Bizim həkimlər sağ olsun. Yüksək səviyyədə işləyirlər. Virusun yayılmasının qarşısını almağa çalışırlar. Ən istedadlı millət bizim millətdir. Həkimlərimiz də gözəldir. Prezidentin sərəncamına əməl etmək laızmdır. Evdə qalmağımız da elə-belə deyil. Evdə qalıb bütün qaydalara əməl edirik. Yoluxucu xəstəliyinin bizə keçməsinin qarşısını alırıq.
Qüdrət Cəfərov Böyük Vətən Müharibəsinin ən qızğın vaxtlarında təbib kimi yaralıların xidmətində olub. Veteran o vaxtki qələbənin bu gün dünyanı cənginə alan virus üzərində təkrarlanacağına inanır. Hər kəsi həmrəylik nümayiş etdirib, səbrli olmağa səsləyir.
- Baxış: 526