Bu gün “17 Aprel - Ümumdünya Hemofiliya Günü” münasibətilə Gəncədə könüllü qanvermə aksiyası reallaşıb. Gəncə Avtomobil Zavodunun kollektivi “Qan ver, həyat xilas et” devizi ilə donor olublar. Mərkəzi Qan Bankının Gəncə bölməsində keçirilən aksiya zamanı qan verənlər müayinədən keçib, daha sonra onlardan qan götürülüb. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etmək və onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaqdır.
Məqsəd Rəhimov - “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi: Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qan ver, həyat xilas et adlı” çox xeyirxah bir aksiya başlayıb. Gəncə Avtomobil zavodunun kollektivi bu xeyirxah aksiyaya, qoşularaq, dəstək verərək bütün kollektivlə bu aksiyaya qoşulub.Qan ehtiyacı olan insanların həyatını xilas etmək məqsədilə, onlara dəstək məqsədilə qanvermə aksiyasında iştirak edirik.Karantin rejiminin qaydalarına uyğun olaraq qan vermə aksiyasında hissə-hissə iştirak edəcəyik.
- Baxış: 991