Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi son günlər sosial şəbəkələrdə “çəyirtkə işğalı” və bunun respublikamızın kənd təsərrüfatına mənfi təsir edəcəyi barədə yayılan məlumatlara münasibət bildirib. "Nəzərə alsaq ki, çəyirtkələrin bədən temperaturu havanın temperaturundan çox asılıdır indiki şəraitdə səhra çəyirtkəsinin Azərbaycan ərazisinə miqrasiyaetmə ehtimalı yoxdur. Sözügedən zərərvericilər şaxtaya davamlı olmadığından Azərbaycan şəraitində qışlaya bilmir. Bu səbəbdən də respublika ərazisində daimi məskunlaşma imkanları yoxdur. Lakin may-iyun ayları ərzində miqrasiya baş verə bilər", - deyə qurumdan vurğulanıb. Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən gələcəkdə səhra çəyirtkəsinin ölkəmizə hər hansı bir miqrasiya ehtimalları nəzərə alınaraq müvafiq mübarizə tədbirlərinin aparılması üçün hazırlıq işləri həyata keçirib".
- Baxış: 297