• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 16.04.2020 12:30

Mehriban Əliyeva qanvermə aksiyası ilə bağlı paylaşım edib

KepezTV Player

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyası ilə bağlı paylaşım edilib.Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:

"Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!