• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1082
— 15.04.2020 19:24

Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında hansı məsələlərə toxunulub?

KepezTV Player

İnsanları maraqlandıran ən vacib məsələlərdən biri ölkədə koronavirusla bağlı vəziyyət və karantin rejiminin uzadılıb uzadılmayacağıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bu və digər suallara aydınlıq gətirilib.

TƏBİB sədri sağalmış şəxslərin yenidənvirusa yoluxma ehtimalının olduğunu da vurğulayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, yoluxmanın sayının nisbətən azalması tendensiyanın müsbət istiqamətə tərəf getməsinə işarədir. Amma hələ virusa qalib gəlməmişik.

Məmmədov bildirib ki, komendant saatının tətbiq olunması bu gün gündəlikdə yoxdur". Qeyd edib ki, hazırda həyati vacib strukturlarda çalışanlar var ki, səhər evdən çıxır, işə gedir. Ancaq bəziləri bu icazədən sui-istifadə edir. Onlara tövsiyyə olunur ki, belə hallara yol verməsinlər. Operativ Qərargah xaricdəki vətəndaşlarımızın aprelin 20-dən sonra ölkəyə qayıtması məsələsi barədə düşünür”. Aprelin 20-dən sonra bütün dünyadan həftədə 300-400 nəfər qəbul etmək imkanları yaranacaq.

İbrahim Məmmədov 190 manat alan şəxslərin övladlarının təhsil haqqının da ödənilməsindən danışıb. Bundan başqa, bildirib ki, 190 manat heç nə etməmək üçün verilən vəsaitdir.

Diqqətə çatdırılıb ki, hazırda istehlak kreditləri ilə bağlı məsələyə də baxılır.

Son olaraq, vurğulanıb ki, koronavirusdan vəfat edən şəxslərin dəfn xərci dövlət hesabına ödənilir". Xəstəxanalarda digər xəstəliklərdən vəfat edən şəxslərin də dəfni ilə bağlı hər hansı problem qeydə alınmayıb və lazım olan bütün addımlar atılır.