Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi dövlətin daim diqqət mərkəzindədir. Respublikanın bütün bölgələrində bu istiqamətdə ardıcıl tədbirlər görülür. Yeni subartezian quyuları qazılır, suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir. İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samuxda da daha 15 ədəd yeni subaretzian quyusu qazılmaqdadır.
Samux Suvarma Sistemləri İdarəsinın balansında 532 ədəd subartezian quyusu, 25 ədəd nasos stasniyası var. Həmin quyular əkin və həyətyanı sahələrin suvarılmasında, eləcə də içməli su məqsədi ilə istifadə olunur. Subartezian quyuları vasitəsilə rayonun 26 min 600 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Ötən il rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 10 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu il isə daha 15 quyunun qazılması üçün ölkə przezidenti tərəfindən müvafiq sərəncam imzalanıb.
Gülağa Bağırov - Samux Suvarma Sistemləri İdarəsinin rəisi: İlin əvvəlində ən vacib oilan ərazilər təyin olunub. Hal-hazırda qazıntı başlayıb. Bir quyuda işlər başa çatıb. İkinci quyuda qazma gedir. Bu 15 quyu 450 hektar əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq.
Artıq Samux rayonunun müxtəlif ərazilərində məlum sərəncamın icrasına başlanılıb. Su ilə təminatın yaxşılaşdırılması sakinləri sevidirməyə bilməz. İllərdir su sarıdan əziyyət çəkən torpaq mülkiyyətçiləri yeni subartezian quyularının qazılamsı ilə bol məhsul əldə edəcəklərinə ümidlidirlər.
Məhərrəm Qafarov – sakin: Nəinki mən digər pay torpaqları olan insanların hamısı sevinir. Mənə elə gəlir ki, bundna sonra növbələrimiz uyğunlşacaq və xalqımız sudan səmərəli istifadə edəcəklər. Vəziyyətimiz yaxşılaşcaqdır.
Artıq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun 13 yaşayış məntəqəsində qazılan subartezian quyuları yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcək.
Natiq Hüseyn
- Baxış: 814