KepezTV Player
Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Asayiş keşikçiləri bu dəfə Qovlar şəhərində tələblərə necə əməl edildiyini yoxlayıb. Küçələrdə yaşı 65-də yuxarı olan şəxslər müəyyən edilərək evlərinə qədər müşayiət edilməklə bir daha çölə çıxmamaq barədə xəbərdarlıq ediblər. Həmçinin xidməti avtomobillərlə rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərə evdə qalmaq tövsiyyə olunub. Görülən tədbirlər vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır.
Natiq Hüseyn
- Baxış: 319