KepezTV Player
Qlobal təşvişə yol açan koronavirus pandemiyası ilə əlaqədar ümidverici açıqlama gəlib. “Sanofi” və “Regeneron Pharmaceuticals” dərman şirkətləri “Kevzara” adlı dərmanın 7 ölkədə sınağına başlanıldığını bildirib. Dünyada 700 mindən çox insanı ağuşuna alan koronavirusa qarşı dərmanın sınaqları ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyada keçiriləcək. Şirkətlər təcrübələrin 300 nəfər üzərində aparılacağını qeyd ediblər. Bundan başqa, dərmanın xüsusilə durumu ağır və kritik xəstələr üzərində sınanacağı vurğulanıb.
- Baxış: 344