Payızlıq əkinində Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl Regional Mərkəzinə vətəndaşlar və toxumçulardan 400-ə yaxın nümunə qəbul olunub. Laboratoriyanın mütəxəsisləri tərəfindən həmin nümunələrdən də 340-na əkin üçün sertifkatlar verilib. Qalanları isə əkinə yararsız hesab edilib.
Aydın Cəfərov - toxumçu fermer: Səpindən əvvəl gətirib laboratoriyada analizə veririk. Analiz nəticəsini bizə verdikdən sonra həmin toxumu səpirik. Ötən il mən 468 ha əkmişdim, onun da 218 ha toxumçuluq idi. Məhsuldarlıq yaxşı oldu. Bu ildə toxumu yoxladıb yerə səpmişik.
Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl Regional Mərkəzi Göygöl, Samux, Daşkəsən və Kəlbəcər rayonlarını əhatə edir. Bradakı laboratoriya əkinçiliklə məşğul olan fermer və torpaq mülkiyyətçilərinə xidmət göstərir. Bitki toxumlarından götürülən nümunələr yoxlanıb, standartlara uyğunluğu müəyyən edildikdən sonra səpin üçün icazə verilir.
Mötəbər Məmmədova - böyük laborant: Toxumların özlərinin analiz olma müddətləri var və onlar dəyişilir. Arpa, buğdada 3 gün enerjisi, 7 gündə cücərməsi olur. 7 gündən sonra toxumçulara sertifkatları veririk.
Toxumların tərkibinin yoxlanılması ödənişsiz həyata keçirilir.
Nəriman Ələkbərov - AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl Regional Mərkəzinin müdiri: Siravi vətəndaşlar qarışıq sortlar gətirir ki, bu toxumdan istifadə etmək yol verilməzdi. Onun becərilməsində tədbirlər görülmür və yaxudda vaxtından tez biçilir, cücərmə qabiliyyəti aşağıdı. Bu cür hallar olur. Ümumən 80-90 faiz arası normal məhsul yetişdirirlər. Artıq yaz əkinləri ilə bağlı yonca, tərəvəz gətiriblər. Analiz edib vətəndaşlara toxumun vəziyyət barədə məlumat veririk.
Hazırda laboratoriyada yazlıq toxumlardan nümunələrin götürülməsi və analizi aparılır. Yoxlamanın nəticəsinə uyğun olaraq verilən sertifkatda toxumun təmizliyi, cücərməsi, cücərmə enerjisi, ziyanvericilərə, xəstəliyə dözümlüyü öz əksini tapır.
- Baxış: 1414