Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparıb. Səfir Gəncənin mədəniyyət tədbirlərində iştirak etməkdə maraqlı olduğunu qeyd edib. İkinci böyük şəhərdə yaxın müddətdə tanqo festivalının keçirilməsi təklifini irəli sürüb. Həmçinin, Azərbaycan ilə Argentina arasında xüsusilə, aqrar sahədə əməkdaşlığın inkişafı üçün mövcud perspektivlərdən söhbət açılıb. Gəncənin "Yaşıl şəhər" statusunu alması münasibəti ilə icra başçını təbrik edən səfir Azərbaycan Dövlət Aqrar Universiteti ilə qeyri-neft sektorunda həyata keçiriləcək ortaq layihələrin əhəmiyyətini diqqətə çatdırıb. Nəzərdə tutulan əməkdaşlığın nəinki ənənəvi, yeni sort bitkilər, həm xırda, həm də iri buynuzlu damazlıq heyvanları əhatə edəcəyini vurğulayıb. Bu məqsədlə səfirin universitetin rəhbərliyi ilə görüşü də baş tutub.
Serxio Osvaldo Perez Qunella - Argentinanın Azərbaycandakı səfiri: Argentinayla Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları genişdir. Biz həm bitkiçilik, həm də hevyandarlığı əhatə edən konkret layihələrin icrasını nəzərdə tuturuq. Fikirimcə, aqrar sahədə texnologiya mübadiləsi hər iki ölkə üçün faydalı olacaq.
- Baxış: 295