![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Samsung-Galaxy-M31-1200x675.jpg?itok=_k4Tz1N-)
“Samsung” şirkəti 4 kameralı və 6000 milliamper/saat tutumlu batareya ilə təchiz edilən “Galaxy M31” smartfonunu təqdim edib.
Smartfon “Exynos 9611” prosessoru, 4/6 QB əməli yaddaş, 64/128 QB-lıq UFS 2.1 daxili yaddaşı ilə təchiz edilib. “microSD” yaddaş kartının köməyi ilə daxili yaddaşın tutumunu artırmaq mümkündür.
Arxa paneldə 4 kameradan ibarət blok yerləşdirilib: 64 meqapiksellik əsas, 8 mp-lik super genişbucaqlı, 5 mp-lik makroobyektiv və 5 mp-lik dərinlik datçiki. Həmçinin barmaq izləri skaneri quraşdırılıb. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.
“Galaxy M31” aparatı “Samsung One UI 2.0” interfeysli “Android 10” versiyasının idarəetməsi altında işləyir. Akkumulyatorun tutumu 6000 milliamper/saatdır. Smartfon “USB-C” portu vasitəsilə 15 vattadək sürətli enerji doldurma texnologiyasını dəstəkləyir. Bundan başqa, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, FM radio var və “Bluetooth 5.0” texnologiyasının dəstəyi reallaşdırılıb.
- Baxış: 1004