Goranboyda pambıq ənənəvi kənd təsərrüfatı bitkilərindən biridir. Bunun üçün də rayonda pambığın əkininə xüsusi əhəmiyyət verilir. Ötən il orta hesabla hektardan 23 sentner məhsul yığan fermerlərin builki hədəfi 30 sentnerdir.
Zaur İsmayılov fermer: Goranboy rayonunda ötən il 10 ha pambıq əkmişdim. Hektardan 30 sentner məhsul götürdüm. Pulunu vaxtında aldığıma görə bu il 15 ha pambıq əkmək planım var. Hazırda şirkətlə muqavilə bağlayıb 15 ha yer şumlatmışam.
Goranboyda pambıq əkini üçün tədarük məntəqələri ilə müqavilə bağlayan 700 fermerə toxum, gübrə və digər aqrotexniki yardımlar göstərilir. Prosesin qəbul edilən şərtlər daxilində yerinə yetirilməsinə nəzarət rayon icra hakimiyyətində yaradılan qərargah tərəfindən aparılır.
Yasin Məmmədov Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini:Qərargah yaradılıb və ora xüsusi ilə mütəxəsislər dəvət edilib. Fermerlərin nümayəndələri orada faəliyyət göstərir. Daimi olaraq telefon nömrələri bildirilib. Onları narahat edən hansı problem dərhal yerinə yetirilir.
Şahin Məmmədov aqronom:Suvarma pulu verilir. Dərmanlar hamısı şirkətlər tərəfindən təmin olunur. Becərmək, səpin yay mövsümündə alaq vurmaq üçün heç bir faiz tutulmadan pullar verilir. Məhsul yığımında da məhsulunu gətirib verir, borc hesablanılır çıxılır qalan vəsait fermerin kartına yüklənir və səhərsi günü pulunu alır.
Bu il rayonda fermerlər 3 min ha-dan çox sahədə pambıq əkini aparacaq. Artıq 2250 ha-da şum başa çatıb və 790 ha arat olunub. Şumlanan sahələrdə səpinə martın sonundan başlanılacaq və proses aprelin ortalarına kimi yekunlaşmalıdır. Ağ qızılın yığımına isə avqustun ikinci ongünlüyündən başlanılacaq və bu müddətə qədər sahələr 4 dəfə suvarılacaq. Fermerlərin hədəfi 7300 tondan artıq məhsul yığmaqdır.
- Baxış: 1484