Bu gün günorta saatlarında Gəncə şəhəri Təbriz küçəsində o qədər də güclü əsməyən külək xoş olmayan hadisəyə səbəb olub. Külək iri gövdəli ağacı kökündən qopararaq “Mersedes” markalı avtomobilin üzərinə aşırıb. Xoşbəxtlikdən hadisə vaxtı avtomobildə heç kim olmayıb. Yalnız maşının arxa hissəsinə xeyli maddi ziyan dəyib. Avtomobilin sahibi Turan Əliyevin sözlərinə görə ağac aşan zaman yaxınlıqdakı aptekdə olub. Aptekdən çıxan zaman gördüyü mənzərə isə heçdə xoş olmayıb. Zərərçəkən yaxınlıqdakı binada yaşadığını və ərazidə xeyli sayda ağacın aşma təhüləkəsi olduğunu iddia edir. O bildirir ki bu barədə şəhər yaşıllaşdırma idarəsinə dəfələrlə müraciət edilsədə heç bir tədbir görülmür. Sakinlər həyəcan təbili çalır ki güclü külək olarsa digər qurumuş ağaclarında aşma ehtimalı var.
Turan Əliyev sakin: Özüm burada oluram. Dəfələrlə hardasa iki ay üç aydır bu qurumuş ağaclarla bağlı yaşıllaşdırmaya müraciət etmişik. İndidə maşını saxladım burada evimin qabağına aptekə düşdüm. Külək bu vəziyyətə saldı.
Natiq Hüseyn
- Baxış: 2390