Fisker şirkəti Ocean krossoverini nümayiş etdirib. Krossover bir sıra qeyri-adi opsiyaları təklif edir: məsələn, karaoke, damdakı günəş paneli və “kabriolet rejimi”.
Fisker Ocean iki elektrik mühərriki və 80 kVs tutumu olan batareya ilə təchiz edilir. Krossoverin yürüş ehtiyatı 480 km təşkil edir. Model bir neçə versiyada təklif ediləcək ki, bunların arasında mono və tamçəkişli variantlar da olacaq. Yeni məlumata görə, elektrokar yerindən 97 km/saata 2,9 saniyəyə sürətlənəcək.
Fisker Ocean modelinin ön panelinin mərkəzində iri şaquli ekran tutur. Displeyin altında isə beş düymə yerləşir. Krossover eyni zamanda virtual cihazlar panelinə və mahnıların sözləri əks etdirilən proyeksiya displeyinə sahib olub.
Karaoke ilə yanaşı “Okean” modeli damda quraşdırılan günəş panelinə də malik olub. Fisker Ocean modelinin təchiz edildiyi daha bir maraqlı funksiya California mode («Kalifornia rejimi») rejimidir. Bu funksiya düyməyə bir toxunuşla yan pəncərələri, panoram tavanı və baqaj qapısındakı pəncərəni açmağa yardım edir.
Yeni krossoverin ABŞ-dakı satışlarına 2022-ci ildə başlanılacaq. Elektrik güc aqreqatı ilə hərəkətə gələn model 37,5 min dollara satılacaq.
- Baxış: 370