• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 23.01.2020 10:07

OnePlus şirkəti görünməz kameralara sahib Concept One adlı smartfon prototipini təqdim etdi

OnePlus şirkəti Concept One adlı smartfon prototipini təqdim edib. Bu smartfonun əsas özəlliyi isə ondan ibarətdir ki, o, görünməz kameralara sahibdir. Təqdim olunan smartfon prototipinin dizaynı məşhur McLaren markalı avtomobil dizaynında reallaşdırılıb. Qeyd etmək lazımdır ki, OnePlus şirkəti öz smartfonlarının premium versiyalarını məhz McLaren dizaynında hazrlayır.

 OnePlus Concept One modelinin arxa paneli dəri material ilə əhatə olunub və arxa panelin yuxarı hissəsində McLaren loqosu yerləşdirilib. Smartfon üçlü arxa kamera ilə təchiz olunub və həmin kameralar şüşə materialın alt hissəsində yerləşdirilib. Daha dəqiq desək, bu, 5 nazik şüşə laydan ibarət materialdır. Həmin şüşələrdən ortada yeləşəni isə vacib elektroxrom materialdır.

Kamera aktiv olmadığı halda şüşə örtük qaralır və onun altında yerləşən kamera modulları görünmürlər. Lakin kamera işə düşən zaman şüşə örtük şəffaf olur. Bütün bu proses 0.7 saniyə ərzində baş verir. Bu cür texnologiya həmçinin McLaren avtomobillərində və təyyarələrdə istifadə olunur. İdeya maraqlı olsa da bu sadəcə bir prototipdir. OnePlus şirkətinin nəticədə bu cür smartfonu satışa çıxardıb-çıxartmayacağı və çıxardacağı halda onun hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.