Xatırladaq ki, Qazaxıstanda "Bek Air" aviaşirkətinə məxsus “Fokker 100” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə plan üzrə saat 07:05-də havaya qalxıb və radarlardan itib. Layner qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb.Göyərtədə 95 sərnişin və 5 heyət üzvü olub. Qəza nəticəsində 15 nəfər həlak olub. 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən Almatıda baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
- Baxış: 478