KepezTV Player
Cəmiyyət üçün onun üzvlərinin məsuliyyətli olması son dərəcə vacibdir. Bəs insanın özü üçün necə? Məsuliyyətli olmaq bizə bu həyatda kömək edir, yoxsa əlavə çətinliklər yaradır? Bu gün məsuliyyət barədə danışırıq.
Əslində elə bizim bütün həyatımız bir məsuliyyətdir. Biz hər gün, hər an seçim etmək məsuliyyəti qarşısında qalırıq. Və bizim sonrakı həyatımızın hansı səmtə istiqamət götürəcəyi də elə bizim bu seçimlərimizdən asılıdır.
Deməli məsuliyyəti tam dərk edərək yaşayanların, nizamlı həyat tərzi sürənlərin məqsədlərə çatmaq şansı da daha böyükdür.
- Baxış: 348