• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 23.12.2019 11:01

“SpaceX” yüksəksürətli internet üçün peyk buraxıb

"SpaceX" şirkəti göyərtəsində "JCSAT 18/Kacific 1" telekommunikasiya peykinin olduğu "Falcon 9" raketdaşıyıcısının buraxılışını həyata keçirib.

Əksər internet provayderləri nümayəndələrinin fikrincə, regionda internetin çəkilməsi xərcini ödəməyəcək. Onların sözlərinə görə, orada genişzolaqlı rabitəni yalnız okeanın dibi ilə çəkilən mis və ya fiber-optik kabellərlə təmin etmək mümkündür. Lakin onların quraşdırılmasının baha başa gəlməsi səbəbindən əksər şirkətlər qoyulan vəsaitin geri qaytarılmayacağına əmindir.

"SpaceX" raketinin ilk pilləsi əvvəllər həyata keçirilən buraxılışlarda iki dəfə istifadə olunub. Şirkət onu Yerə qaytararaq təkrar istifadəsini planlaşdırsa da, raketin ön müqavimət sipərinin iki elementi suya düşüb. Şirkət əməkdaşları tərəfindən onların tapılaraq növbəti buraxılışlarda tətbiqi nəzərdə tutulur.

Noyabrda "SpaceX" tarixində ilk dəfə istifadə olunmuş ön müqavimət sipəri ilə təchiz edilən "Falcon 9" raketdaşıyıcısını buraxıb. O, kosmosdan internetin paylanılması üçün nəzərdə tutulan "Starlink" sisteminin 60 peykini orbitə çatdırıb. Şirkət 2017-ci ildən ön müqavimət sipərindən təkrar istifadə sayəsində raketin 50 faiz çox tətbiqi üzərində çalışır.