Kanadanın Britaniya Kolumbiyası əyalətində tam elektrik enerjisi ilə işləyən dünyanın ilk kommersiya hidrotəyyarəsinin uçuşu həyata keçirilib.
Uçuş iki şirkətin – Şimali Amerikanın hidrotəyyarələrin istehsalı üzrə nəhəng "Harbour Air" aviaşirkətinin və elektrik aviasiyası üçün texnologiyalar yaradan "magniX" şirkətinin birgə səyləri sayəsində mümkün olub.Bu ilin əvvəlində şirkət "MagniX" ilə tərəfdaşlığa başlamaq və dünyada ilk tam elektrik hidrotəyyarələr parkını tikmək niyyətində olmasını bəyan edib. 2019-cu ilin iyununda Paris aviasalonunda nümayiş etdirilən "Magni500" təyyarələri təmiz və effektiv enerji üsulu ilə təmin edən yüksək güc əmsalına malik elektrik mühərrikidir.
- Baxış: 510