Yeni "Mac Pro" fərdi kompüteri nüvə sayı 28 təşkil edən "Intel Xeon" prosessorları ilə təchiz edilib. Operativ yaddaş tutumu 1,5 terabayta bərabərdir. Kompüterə 4 ədəd "Radeon Pro Vega II" videokartı quraşdırmaq mümkündür. Qurğu, həmçinin 8 daxili "PCI" slotu, iki "Thunderbolt" portu, iki "USB=А" portu, iki "Ethernet" portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxışla təchiz olunub. Kompüterin ən qabaqcıl konfiqurasiyası "8К" təsvir ölçülü 3 və "4К" formatlı 12 videonun eyni anda göstərilməsini dəstəkləyir.
"Pro Display XDR" monitoru 6016*3384 piksel təsvir ölçüsünə malikdir. Quraşdırılmış ventilyasiya sistemi monitora maksimal 1000 kandel kvadratmetr parlaqlıqla fasiləsiz işləməyə imkan verir, displeyin parlaqlıq səviyyəsi isə 1000000:1 təşkil edir. Monitordan ayrılan altlıq ekranın mailliyini və dönməsini tənzimləməyə imkan verir. Bir "Mac Pro" kompüterinə eyni anda 6 "Pro Display XDR" monitoru qoşmaq olar.
Kompüterin 8 nüvəli "Intel Xeon" prosessoru, "Radeon 580x" videokartı və "256 GB SSD" ilə təchiz edilən əsas versiyasının qiyməti 5999 dollara bərabərdir. "6K" formatlı displeyin ən ucuz versiyasının qiyməti 4999 dollardır. Beləliklə, fərdi kompüter və monitorun daxil olduğu ən ucuz dəstin qiyməti 11 min dollara çatır. "Mac Pro" kompüterinin ən bahalı versiyası 52 599 dollardır.
- Baxış: 551